Modern.az

Zəlzələnin ardından ikinci FƏLAKƏT

Zəlzələnin ardından ikinci FƏLAKƏT

Təhsil

28 Aprel 2015, 18:18


Nepalda 5 mindən çox adamın öldüyü qorxunc zəlzələnin mərkəzi Gorkhadan daha bir fəlakət xəbəri gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə meydana gələn uçqun və torpaq sürüşməsinin ardından 250 adamdan xəbər alına bilmir.

Bölgənin səlahiyyətlisi Gautam Rimal Ghodatabela adlı kənddə güclü qar yağdığını, torpaq sürüşməsinin də bu səbəbdən meydana gələ biləcəyini söyləyib.

Fəlakətlə əlaqədar ilk məlumatları telefonla aldıqlarını açıqlayan Rimal daha sonra əlaqə qurulamadığını bildirib.  

Modern.az


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı