Modern.az

Keçmiş prezidentdə xərçəng aşkarlanıb

Keçmiş prezidentdə xərçəng aşkarlanıb

Education

13 Avqust 2015, 10:53



ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin qaraciyərində xərçəng aşkarlanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda keçmiş prezidentin saytına məlumat verilib.

Məlumatda qeyd edilir ki, onun qaraciyərində xərçəng ötən həftə keçirilən müayinə zamanı aşkarlanıb. 90 yaşlı Karter doğma Corciya ştatındakı tibb mərkəzlərindən birində müalicə olunacaq.

Digər məlumata görə, Cimmi Karter 91 yaşlı ata Corc Buşdan sonra ABŞ-ın ikinci sağ qalan keçmiş prezidentidir.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı