Modern.az

Tacikistanda qiyamçı generalın qardaşı təslim oldu

Tacikistanda qiyamçı generalın qardaşı təslim oldu

Təhsil

6 Sentyabr 2015, 15:42

Tacikistan müdafiə nazirinin keçmiş müavini general-mayor Abdulhalim Nazarzodanın qardaşı Mirzohaet Nazarov hakimiyyətə təslim olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əvvəllər Abdulhalim Nazarzodanın quldur dəstəsinin üzvü olan 1972-ci il təvəllüdlü Mirzohaet Nazarov qruplaşmadan ayrılaraq özünü təslim edib.

Nazarzodanın qardaşının təslim olmaq barədə qərarının səbəbi hələ məlum deyil. Nazarov sentyabrın 4-də qardaşının quldur dəstəsinə qoşulandan sonra cinayət törətdiyi səbəb gətirilərək respublika müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Nazarzoda və onun 7-8 tərəfdarı Ramitski dərəsində gizlənib və hazırda mühasirədədirlər. Əməliyyat davam edir.

 

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı