Modern.az

"Məqsədimiz gənclərimizin kitaba olan marağını artırmaqdır"

"Məqsədimiz gənclərimizin kitaba olan marağını artırmaqdır"

تحصیلات

22 Sentyabr 2014, 17:35

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Kitaba məhəbbət-Vətənə sədaqət" layihəsi başa çatıb. Layihənin rəhbəri Elnur Namazlının  verdiyi məlumata görə, layihənin əsas məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, eləcə də gənclərin kitab oxumağa olan həvəsini artırmaq, gənclərimizin Azərbaycan və dünya ədəbiyyat incilərinə yiyələnməsinə həvəs yaratmaq olub. Tədbirlər Bakı şəhərinin Sabunçu rayonunda baş tutub.

Tədbirlərdə gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, kitabın gənclərin ictimai həyatında rolunu artırmaq, gənclər arasında bir - birinə hörmət və sevginin aşılanması prioritet mövzular olub.

Lahiyənin nəticəsi olaraq gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsi istiqamətində təbliğat aparılıb. Gənclər arasında Azərbaycan tarixini, coğrafiyasını, musiqisini, adət və ənənələrinin öyrənilməsini geniş təbliğ edilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı