Modern.az

Keçmiş nazir Sərkisyana qarşı partiya yaradır

Keçmiş nazir Sərkisyana qarşı partiya yaradır

Education

14 Mart 2016, 14:02

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni siyasi partiya yaradır.

Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Oskanyan bu barədə yerli jurnalistlərə deyib.   “Yaxın günlərdə yeni partiya yaradıldığını elan edəcəm”.  

Keçmiş nazir partiyasına üzv olacaq simalar barədə danışmasa da, deputalar, tanınmış ictimai xadimlər və gənclərin yeni partiyada təmsil olunacağını deyib.  

Oskanyan partiyasının sabiq prezident Robert Köçəryanla bir əlaqəsinin olmadığını da vurğulayıb.      

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı