Modern.az

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı

Aktual

19 İyul 2018, 22:59

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, təmsilçimiz “Keşlə” Bakıdakı "Dalğa Arena”da Maltanın “Baltsan” komandasını qəbul edib. Oyunda ilk qolu “Keşlə”  vurub. Meza Kolli 11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə isə Slavik Alxasov “Keşlə”nin 2-ci qolunu vurub. Hər kəs “Keşlə”də üçüncü qolu gözlədiyi bir vaxtda müdafiədə buraxılan səhvdən yararlanan “Baltsan” hesab arasındakı fərqı azaldıb.

Beləliklə, oyun “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, bu hesab növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib.

Maltada keçirilən ilk oyunda böyük hesabla (1:4) qalib gələn “Baltsan” növbəti mərhələyə vəsiqə qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı