Modern.az

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

Aktual

20 İyul 2018, 00:36

İraqın cənubunda polislə etirazçılar arasında qarşıdurma olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.

 

Məlumata görə. etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla  47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı