“Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində”. Modern.az xəbər verir ki, “Himayədar” Humanitar Tətəqqi İctimai Birliyinin icrasına başladığı yeni layihə belə adlanır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Təşkilatın ilkin araşdırmalarına görə, son illər Azərbaycanın ənənəvi ailə modelində ciddi dəyişikliklər prosesi gedir. Lakin baş verən dəyişikliklər, prosesin olumlu və ya olumsuz tərəfləri, mövcud tendensiyalar və perspektivlər ictimai qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesnə ictimai dəstək təşkil olunmayıb. Ona görə də təşkilat mövcud vəziyyətin dəyişməsi üçün bu layihə çərçivəsində İnformasiya Bazası (Kordinatlar bazası, məlumat və sənəd Arxivi) yaratmaq, Masabaşı araşdırması (desk-research) aparıb mövcud vəziyyəti qiymətləndirmək, infoqrafiklər, elektron banerlər hazırlayıb təşkilatın saytı və sosial şəbəkələr vasitəsilə yaymaq, ictimailəşmə tədbirləri (dəyirmi masa, fərdi görüşlər məlumatlandırma sessiyası) və s. vasitələrlə bu problemə cəmiyyətin diqqəti artırmağı, ailə insitutunun möhkəmləndirilməsinə ictimai dəstəyi gücləndirməyi nəzərdə tutur.