Meksikanın paytaxt Mexiko Baş Prokurorluğu Türkiyə səfirliyinin katibin itməsi faktını araşdırır.
Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Türkiyə səfirliyinin ikinci katibəsinin iyulun 2-də itməsi ehtimal edilir.
“29 yaşlı türk millətindən olan qadının itkin düşməsi barədə daxil olmuş şikayət əsasında xüsusi istintaq başladılıb. Qadının yerinin iyulun 2-dən məlum olmadığı qeyd edilib” – prokurorluğun məlumatında qeyd edilib.
Onun itməsindən səfirliyin əməkdaşları iyulun 23-də şübhələnib və polisə müraciət ediblər.
Mələsə burasındadır ki, qadın iyulun 2-16 tarixlərində yalnız elektron poçtla əlaqəyə çıxaraq xəstə olduğunu və xəstəxanaları gəzdiyini bildirib.
Bununla əlaqədar səfirliyin əməkdaşları iyulun 17-də onun evinə gələrək mesaj qoyublar. Lakin mesaja cavab gəlməyib və yalnız 23-də onun e-mail ünvanından boş məktub gəldikdən sonra səfirlik hüquq mühafizə orqanlarına müraciət edib.
Əvəz ZEYNALOV