Modern.az

ABŞ-da meşə yanğınları nəzarətdən çıxıb

ABŞ-da meşə yanğınları nəzarətdən çıxıb

Aktual

27 İyul 2018, 15:17

ABŞ-ın qərbində yerləşən Kaliforniya Ştatında dəhşətli yanğılar davam edir.

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyət yanğınların yalnız 5 faizinə nəzarət edə bilir.

“Alovlar yoluna çıxan hər şeyi məhv edir” – Kaliforniya Yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri Skot Maklin bildirib.

 

115 kvadrat kilometr ərazini ağuşuna alan yanğın onlarca ev və iş yerlərini məhv edib.

Yanğının genişlənməkdə davam etdiyi bildirilir.

Xilasedicilər Shasta bölgəsində yanğını söndürməyə çalışan buldozer sürücüsünün yanmış cəsədini tapıblar.

 

Ən azı üç yanğınsöndürmə əməkdaşının isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya qaparıldığı bildirilir.

 

Qeyd edək ki, yanğın Riverside bölgəsində Bernardino Milli Meşəsində 5 gündür ki davam edir. Kaliforniya hakimiyyəti Riverside və Shasta bölgələrində fövqəladə vəziyyət elan edib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı