Modern.az

Ərdoğan edam qərarını təsdiqləyəcəyini açıqladı

Ərdoğan edam qərarını təsdiqləyəcəyini açıqladı

Aktual

1 Avqust 2018, 21:17

“Edam qərarı parlamentdən keçən kimi təsdiqləyəcəm. Separatçı terror təşkilatının nələrə qadir olduğunu bu uşaq və qadının şəhid edilməsi ilə gördük”. Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Sivasda bu gün PKK-nın xain hücumu nəticəsində şəhid olan türkiyəli hərbçinin yoldaşı və uşağının dəfn mərasimində çıxış edən prezident qeyd edib ki, terrorla mübarizə davam etdiriləcək: “Biz bunların yuvalarına girdik, girməyə davam edirik. Onlar qaçır, biz qovuruq. Terrorla mübarizəmiz son terrorçuya qədər davam edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı