Modern.az

140 milyon il əvvələ aid dinozavrın ayaq izləri tapıldı

140 milyon il əvvələ aid dinozavrın ayaq izləri tapıldı

Aktual

2 Avqust 2018, 12:07

Alimlər İngiltərənin Dorset bölgəsindəki qayalıq ərazidə dinozavrlara aid ayaq izləri aşkar ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dinozavrın ayaq izlərinin 140 milyon il əvvəlki dövrə aid olduğu bildirilib.

İngiltərənin cənub sahillərində yaşadığı bildirilən dinozavr otyeyən Sauropoda növünə aiddir. Sauropoda növü dinozavrların arasında ən böyükləri kimi səciyyələndirilir. Onların uzunluqları 40 metrə, çəkiləri isə 80 tona çatır.

Ayaq izlərinin zərər verilmədən ortaya çıxarıldığı və muzeydə nümayiş etdiriləcəyi bildirilir.

Eyni bölgədə 1997-ci ildə də 52 dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı