Modern.az

Çempionlar Liqasının oyunu koronavirusa görə azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının oyunu koronavirusa görə azarkeşsiz keçiriləcək

Aktual

5 Mart 2020, 20:41

Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Valensiya" klubu ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu azarkeşsiz keçiriləcək.

Modern.az  klubun  rəsmi saytına istinadən xəbər verir ki, UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərarı qəbul edib.

Klubun açıqlamasında o da bildirilib ki, səfər oyununa bilet əldə etmiş azarkeşlər pullarını geri ala bilərlər.


Qeyd edək ki, İspaniyada koronavirusa 248 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü dünyasını dəyişib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı