Modern.az

Məmmədyarov Rəcəbovla heç-heçə etdi

Məmmədyarov Rəcəbovla heç-heçə etdi

Aktual

8 İyun 2021, 23:40

Bu gün “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.

 

Qarşılaşma heç-heçə ilə başa çatıb.

 

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

 

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

 

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı