Modern.az

Güləşçimiz bürünc medal qazandı

Güləşçimiz bürünc medal qazandı

Aktual

10 İyun 2021, 08:09

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

 

Modern.az xəbər verir ki, ikinci yarış günündə - iyunun 9-da 61, 65, 74, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

 

Yarışa dörddəbir finaldan start verən güləşçimiz Hacımurad Hacıyev (74 kq) iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. H.Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) də bürünc medal qazanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı