Modern.az

Xalq artisti sənətini atıb rahibə oldu

Xalq artisti sənətini atıb rahibə oldu

Aktual

28 Avqust 2021, 09:47

Rusiyanın Xalq artisti Yekaterina Vasilyeva rahibə olmaq qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, rusiyalı aktrisa uzun illər monastıra gedib və həyatını dinə həsr edib. Xalq artisti ötən gün rəsmən rahibə olub.

 

Bu barədə aktrisa Mariya Şukşina özünün "Telegram" kanalında məlumat yayıb. O, həmkarını arzusuna çatması münasibətilə təbrik edib.

 

Mariya bildirib ki, Yekaterina artıq kilsədə yeni həyata başlayıb.

 

Qeyd edək ki, Yekaterina 12 yaşı olanda valideynləri boşanıb. Aktrisa anasına kömək etmək üçün teatrda işə başlayıb. O, 200-dən çox filmdə rol alıb.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı