Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 2021-ci ilin əvvəlindən bu günədək 231 nəfərə sosial xidmət göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Bu il müəssisəyə 157 nəfər yerləşdirilib ki, onlardan 111-i kişi, 46-sı qadındır”, - məlumatda qeyd olunub.
Fidan İlqar