Modern.az

COVID-19-dan ölənlərin sayı 4,5 milyonu ötdü  

COVID-19-dan ölənlərin sayı 4,5 milyonu ötdü  

Güncel

28 Avqust 2021, 17:17

Dünyada COVID-19 səbəbindən həyatını itirənlərin sayı 4,5 milyon nəfəri ötüb.

 

Modern.az “Worldometer”ə istinadla xəbər verir ki, bu günədək dünyada 4 milyon 502 min 377 nəfər koronavirusun qurbanı olub.

 

Ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 653 min 405 nəfər həyatını itirib. Sonrakı yerdə Braziliya (578 min 396 nəfər) və Hindistan (437 min 403 nəfər) qərarlaşıb.

 

Ölüm sayına görə ilk onluğa Meksika (257 min 150), Peru (198 min 115), Rusiya (180 min 840), Böyük Britaniya (132 min 243), İndoneziya (131 min 372), İtaliya (129 min 2) və Kolumbiya (124 min 648) daxildir. 

 

Qeyd edək ki, bu günə qədər dünyada 216 milyon 381 mindən çox yoluxma halı aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı