Modern.az

Günün statistikası: 4010 yoluxma, 41 ölü

Günün statistikası: 4010 yoluxma, 41 ölü

Aktual

29 Avqust 2021, 17:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 417 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 315 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 536, bu günə qədər isə ümumilikdə 4 431 053 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı