Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərində tekstil fabrikində yanğın başlayıb.

 

Modern.az-ın məlumatına görə, fabrikdəki xammalın yanması nəticəsində alovun əhatə dairəsi böyüyüb.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

 

Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.