“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkədəki hesabında yazıb.
****
20:24
“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.
“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.
Modern.az xəbər verir ki, Tamilla Qulami özü məlumat verib.
Bildirib ki, 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən evdən çıxıb və geri qayıtmayıblar.
Həmin şəxsləri görənlərdən yaxınlıqdakı polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub.