Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.
Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
***
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 3-cü qol vurulub.
Modern.az-ın məlumatına görə, 67-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən mükəmməl zərbə ilə hesab arasındakı fərqi minimuma endirib - 1:2.
***
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 2-ci qol vurulub.
Modern.az-ın məlumatına görə, 28-ci dəqiqədə penaltidən fərqlənən meydan sahiblərinin hücumçusu Jerson Rodrigeş fərqi artırıb.
***
22:53
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda erkən qol vurulub.
Modern.az xəbər verir ki, 8-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikael Pinto hesabı açıb.
***
22:45
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.
Modern.az xəbər verir ki, Lükemburq stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayıb.
Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.