Modern.az

Separatçıların özbaşınalığına son qoyulmayınca Zəngəzur dəhlizinin açılmasına tələsməyək...

Separatçıların özbaşınalığına son qoyulmayınca Zəngəzur dəhlizinin açılmasına tələsməyək...

Aktual

1 Sentyabr 2021, 23:05

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Azərbaycanın işğalda qalan Xankəndi və digər rayonlarının gələcək taleyinin Rusiya tərəfindən “yazılması” qəbul edilən deyil. Çünki Azərbaycan xalqı Rusiyanın “qələminin” tarixboyu yalnız ermənilərə tərəf əyildiyinin şahidi olub və dünən Moskvada Rusiya baş diplomatı Lavrovun Ermənistanlı həmkarı ilə görüşdə də bu, bir daha sübut olundu.

 

Lavrov öz çıxışında Rusiya tərəfinin üçtərəfli bəyanata sadiq olduğunu, təhlükəsizliyin təmin edilməsini, tərəflər arasında etimadın bərpasının vacibliyini və bu kontekstdə, rabitə və iqtisadi əlaqələrin yaradılması üçün işçi qrupunun fəaliyyətini vacib hesab etdi.

 

Rusiya baş diplomatının avazı nə qədər yaxşı gəlsə də, ancaq gəlin onun “xaric” oxumasına və ya ağ yalan danışdığına diqqət edək: birincisi, Rusiya tərəfi üçtərəfli bəyanata necə sadiqdir ki, bu bəyanatın 4-cü bəndi hələ də “göydə” qalıb və erməni separatçılar “sülhməramlıların” qoltuğu altından başlarını çıxarıb bildiklərini edirlər? İkincisi, burada hansı təhlükəsizliyin təmin edilməsindən söhbət gedir ki, indiyədək bir azərbaycanlı belə Xankəndidəki öz evinə dönə bilmir? Üçüncüsü, tərəflər arasında etimad necə bərpa oluna bilər ki, hər gün həm separatçıların zəbt etdikləri mövqelərdən, həm də Ermənistan-Azərbaycan arasındakı sərhəddə atəş səngimir?

 

Əlbəttə, Lavrovun “erməniliyinə” salıb bu kontekstdə, rabitə və iqtisadi əlaqələrin yaradılması üçün işçi qrupunun fəaliyyətini vacib hesab etməsi, hər kəsə gün kimi aydındır. Çünki, bu, Azərbaycanla müqayisədə Rusiya və Ermənistan maraqlarına daha çox cavab verir. Yəni, indiki halda Rusiya və Ermənistan “başbilənlərinin” Azərbaycandan istədiyi bir şey varsa, o da özləri üçün nəzərdə tutduqları kommunikasiya xətlərinin açılması, Ermənistana sərf edəcək dərəcədə Ermənistan-Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsidir. Sözsüz ki, bunlarla yanaşı burada, ermənilərin qondarma “dqr”-ya stasus almaq istəyi əsas olsa da, ancaq bu, Rusiyanı məqsədli şəkildə narahat etmir. Çünki Moskva Qarabağ probleminin və ya “status” məsələsinin bundan sonra da uzun-uzun danışıqlara səbəb olmasında özü maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında “söz” sahibliyini və ya təzyiq-təsir imkanlarını özündə qoruyub saxlaya bilsin.  

 

Ancaq İrəvanla Moskvaya kommunikasiya xətlərinin açılması ona görə sərf edir ki, ilk növbədə “Moskva-Yerevan poyuzu” işə düşüb Ermənistanı blokadadan çıxarsın, qismən də olsa onu dirçəltsin və Azərbaycana qarşı bundan sonra da dirəniş göstərməyə güc versin. Əlbəttə, Azərbaycan tərəfi erməni özbaşınalığı üzündən bu “poyuzu” buraxmadığı təqdirdə isə Rusiya özünü tez ortaya ataraq üçtərəfli bəyanata əməl olunmasını tələb edəcək. Ermənistan-Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsini isə Rusiya görünür ona görə istəyir ki, sərhəddə dayanacaq öz sərhədçilərini baş verəbiləcək hansısa problemlərdən qorusun. Bu o deməkdir ki, indiki halda Rusiyaya Ermənistan və Azərbaycana təzyiq etmək üçün alət olaraq Qarabağ problemi kifayət edir. Bunu Rusiyanın Qarabağdakı “sülhməramlı” davranışları da açıq-aşkar təsdiq edir.

 

Diqqət edin, əgər Rusiya Azərbaycan ərazisində həqiqətən də sülhməramlı missiya həyata keçirmək istəyəndirsə nədən bu “məramı sülhlər” 10 avqustda “köçəri” minaatanla müasir döyüş aparmaq üçün yeni taktika hazırlayıb 2000 metr uzaqlıqda olan şərti düşmənin 500-ə yaxın hədəfini vurdu? Bundan başqa 3 gün öncə onlar nədən guya, müntəzəm döyüş təlimi çərçivəsində şərti düşmənin pilotsuz uçuş apparatlarından istifadə edərək mümkün pozuntuların qarşısını almaq üçün təlim keçirirdilər? Kimdir bu şərti düşmən, Qarabağdakı separatçılarmı, yoxsa bu yurdun sahibi olan azərbaycanlılar? Bəlkə Qarabağa yadplanetlilər hücum edəcək biz bilmirik?

 

Əslində özünü sülhməramlı kimi təqdim edən ölkənin əsgərləri indiyədək Xankəndi və ətraf rayonlarda bir nəfər belə olsun əlisilahlı separatçı qoymalı deyildi. İmza atdığı bəyanata əsasən onları dərhal tərkisilah edib çıxarmalı, Azərbaycan Respublikasının dövlət idarəedici orqanlarının öz işinə başlamasına zəmin yaratmalı, illərlə Xankəndidə öz evinə qayıtmaq istəyi ilə yaşayan azərbaycanlı Hidayət kişi ilə Azərbaycan vətəndaşı olan hansısa Aşotun arasında barışın yaranmasına vasitəçi olmalı idi. Ancaq bunların əvəzində görünən odur ki, “sülhməramlılar” separatçıların “Artsaxın müstəqillik günü” təxribatına sanki qəsdən şərait yaradır.

 

Elə bu üzdəndir ki, gülü burnunda olan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan qudurğanlıqla Azərbaycanın haqq işini “dağıdıcı siyasət” adlandıraraq, “Biz aktiv bir dialoqa hazırıq. Ancaq bölgədə vəziyyət kifayət qədər gərgin olaraq qalır və bu, əsasən Azərbaycanın dağıdıcı siyasəti ilə müəyyən edilir” – deyir. Üstəlik o, sülh danışıqları başlasa, bunun mütləq “Dağlıq Qarabağın statusu” məsələsini ATƏT-in Minsk qrupu həmsədrlərinin prinsipləri əsasında həll edilməsini ön plana çəkir.

 

Odur ki, tarixin bütün mərhələlərində xalq kimi özlərini ikiüzlü, yaltaq, qorxaq, eyni zamanda hiyləgər olaraq dünyaya sübut etmiş ermənilərdən əvvəllər olduğu kimi bu gündən sonra da nə isə yaxşı bir şey gözləmək əbəsdir.

 

Rəsmi Bakı Xankəndidə separatçıların özbaşınalığına son qoyulmayınca, burada Azərbaycanın müvafiq dövlət institutları bərpa edilməyincə, azərbaycanlı məcburi köçkünlər öz evlərinə yerləşdirilməyincə, Qafan-Gorus yolunu bağlamalı, Laçın dəhlizinə ruslarla birgə nəzarət etməli və ən əsası isə yuxarıda qeyd etdiyimiz “Moskva-Yerevan poyuzu” hiyləgərliyini nəzərə alaraq, Zəngəzur dəhlizinin, o cümlədən ermənilərə nəfəs verən kiçik bir cığırın belə açılmasına tələsməməlidir. Şərti qalib tərəf qoymalıdır, məğlub tərəf yox! Ermənistan qoy gedib Azərbaycana ötən illər ərzində vurduğu ziyana görə təzminatın hardan tapacağı barədə düşünsün. 

 

Çünki, erməni separatçılarının və rusiyalı “sülhməramlıların” girovunda qalmış Azərbaycan ərazilərinin azad olunmasının yeganə yolu budur. Yox əgər məsələnin daha tez həll olunmasını istəyiriksə, onda bu “yola” Azərbaycan tərəfinin bir həftə öncə bağlayıb-açdığı Qafan-Gorus yolu kimi baxmaq olmaz. Bu “yolda” erməni separatçılarına qarşı BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq antiterror əməliyyatları keçirilərək zərərsizləşdirilməli və ermənipərəstlərin Azərbaycana giriş qapıları birdəfəlik bağlanmalıdır. Bundan sonra Lavrovun timsalında həm Rusiya, həm də digər ermənisevərlər  gedib öz tumanbağlarını öz “statuslarına” uyğun olaraq sıxıb bərk-bərk bağlaya bilərlər. Qoy, daxildəki bəzi ruspərəstlər isə təlaşa düşüb buna Rusiya ilə münasibətlərin korlanacağı kimi baxmasınlar, sadəcə Rusiyadan haqq-ədalətin tələb olunması kimi baxsınlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı