Modern.az

Məmmədyarov dörddəbir finalda məğlub olub

Məmmədyarov dörddəbir finalda məğlub olub

Aktual

2 Sentyabr 2021, 07:19

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsində məğlub olub.

 

Modern.az xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyunlarında ermənistanlı Levon Aronyana 1:2 hesabla uduzan təmsilçimiz yarışda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, dörddəbir finalın ilk qarşılaşmasında şahmatçımız rəqibinə 1:3 hesabla məğlub olmuşdu.

 

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess USRapid” turniri sentyabrın 5-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı