Modern.az

“Aprel döyüşləri” şəhidinin ad günüdür

“Aprel döyüşləri” şəhidinin ad günüdür

Aktual

3 Sentyabr 2021, 09:50

Bu gün 2016-cı ildəki “Aprel döyüşləri” zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mahmud İbrahimovun doğum günüdür. Yaşasaydı, 24 yaşı tamam olacaqdı...

 

Modern.az saytının məlumatına görə, əslən Cəbrayıl rayonundan olan Mahmud İbrahimov 1997-ci ilin 3 sentyabr günündə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub.

 

Əsgər Mahmud İbrahimov 2016-cı ilin aprel ayında baş verən qanlı döyüşlər zamanı Tərtər rayonu ərazisində qəhrəmancasına şəhid olub.

 

2016-cı il aprelin 9-da Mahmud İbrahimov Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salınıb. Dəfn mərasiminə ictimaiyyət nümayəndələri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.

 

Mahmud Azər oğlu İbrahimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı