Modern.az

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçdı

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçdı

Güncel

2 Yanvar 2022, 10:48

Naməlum şəxs Qanqvon əyalətinin şərq hissəsindəki maneələri keçərək Cənubi Koreyadan Şimali Koreyaya keçib.

 

 

Modern.az xəbər verir ki, yanvarın 1-i saat 21.20-də (Bakı vaxtı ilə 16.20) xüsusi texnika silahsızlaşdırılmış zonada bir nəfərin olmasını izləyib. Onun kimliyini müəyyən etmək mümkün olmayıb.

 

Həmin şəxsi saxlamaq üçün hərbçilər göndərilib. Demilitarizasiya zonasında keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs təxminən yerli vaxtla saat 22.40-da hərbi demarkasiya xəttini keçib və Şimala qaçıb.

 

 

Cənubi Koreya hərbçiləri KXDR-dən olan həmkarlarına bildiriş göndərsələr də, cavab almayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı