Modern.az

Maşının vurduğu piyada xəstəxanada ölüb

Maşının vurduğu piyada xəstəxanada ölüb

Aktual

3 Yanvar 2022, 15:28

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Bu barədə Modern.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 1-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı