Modern.az

Baydenin təyyarəsi çovğuna düşdü - VİDEO

Baydenin təyyarəsi çovğuna düşdü - VİDEO

Aktual

3 Yanvar 2022, 22:22

ABŞ Prezidenti Co Bayden Yeni il ilə əlaqədar Delaver ştatında bir neçə günlük səhərdən sonra qar fırtınası zamanı Vaşinqtona qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

 

Ağ Evin yaydığı videoda Endryus Hərbi Hava Qüvvələri (Merilend ştatı-red) bazasına çatan kimi dövlət başçısının təyyarəsinin şiddətli çovğunda qaldığı əks olunur. Jurnalistlərin sözlərinə görə, təyyarə yerə endikdən sonra Bayden təxminən yarım saat təyyarənin içində qalmalı, zolağın kifayət qədər qardan təmizlənməsini gözləməli olub.

 

Prezident güclü küləyin təsiri altında bir qədər yırğalanaraq təyyarədən enib, bundan sonra onu gözləyən avtomobilə minərək oradan uzaqlaşıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı