Modern.az

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb - Faktiki hava AÇIQLAMASI

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb - Faktiki hava AÇIQLAMASI

Aktual

4 Yanvar 2022, 13:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü  saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən Modern.az-a bildirilib ki, düşən yağıntının miqdarı aşağıdakı kimi olub:

Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək  olub.

 

Qar örtüyünün hündürlüyü: Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.

 

Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s,  Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0  metrə çatıb.

 

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta,   Naxçıvan MR-da 4-10° şaxta olub.

 

Qeyd: Ölkə ərazisində 05-i gün ərzində, 06-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı