Modern.az

Bakıda avtomobil və kotec YANDI

Bakıda avtomobil və kotec YANDI

مورد توجه

5 Yanvar 2022, 09:47

Bakıda avtomobil və kotecdə yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan köməkçi tikilinin tavanı və içərisində dayanan “Kia” markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi yanıb. Avtomobilin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Xəzər rayonunda isə ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli kotecin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı