Modern.az

Səfir onun adından yayılan bəyanatları TƏKZİB ETDİ

Səfir onun adından yayılan bəyanatları TƏKZİB ETDİ

Aktual

5 Yanvar 2022, 18:44

Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanov teleqram kanallarında onun adından yayılan bəyanatlarla bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, səfir sosial mediadakı hesabında bu bəyanatların ona məxsus olmadığını bildirib.

 

Teleqram kanallarında məlumat yayılıb ki, Qüdsi Osmanov Qazaxıstandakı etirazların xaricdən idarə olunduğunu bildirib.

 

Səfir saxta bəyanatların təxribat olduğunu qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı