Modern.az

Yol qəzası bir kəndi işıqsız qoydu

Yol qəzası bir kəndi işıqsız qoydu

Aktual

9 Yanvar 2022, 19:45

Ötən gün gecə saatlarında Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində kəndin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.

 

Modern.az xəbər verir ki, Masallı rayonunun Boradigah qəsəbə sakini, 1989-cu il təvəllüdlü Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı "KIA" markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb.

 

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan 1982-ci il təvəllüdlü sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı