Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Quşencə kəndində ev yanıb.
Modern.az-ın məlumatına görə, ikimərtəbəli 5 otaq və aynabənddən ibarət olan evdə olan 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı hadisə zamanı yanaraq ölüb.
Mərhumun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Rayon sakinlərinin Modern.az-a verdiyi məlumata görə, ailənin digər üzvü, 79 yaşlı qadının əri, ixtisasca həkim olan Sovetxan Muradəliyev yanğın zamanı müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.