Modern.az

Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi

Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi

مورد توجه

17 Yanvar 2022, 12:49

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib.

 

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı