Hesablama Palatası tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditi həyata keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditinin həyata keçirilməsi gözlənilir.