Modern.az

Avtobusun altına düşərək faciəvi şəkildə ÖLDÜ

Avtobusun altına düşərək faciəvi şəkildə ÖLDÜ

Aktual

20 Yanvar 2022, 20:14

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı