Modern.az

Serj Sarkisyan Qarabağ məsələsilə bağlı mətbuat konfransı keçirəcək

Serj Sarkisyan Qarabağ məsələsilə bağlı mətbuat konfransı keçirəcək

Aktual

25 Yanvar 2022, 15:26

Gələn həftənin əvvəlində Ermənistanın eks-prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan mətbuat konfransı keçirəcək.
 

Modern.az xəbər verir ki, Respublika Partiyasının sədr müavini Armen Aşotyan yanvarın 25-də jurnalistlərlə görüşündə belə deyib.

O bildirib ki, Serj Sarkisyan mətbuat konfransında Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinə ətraflı toxunacaq.

Armen Aşotyan əlavə edib ki, Serj Sarkisyanın açıqlamalarından sonra hamı nə baş verdiyini, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın ölkəni hara aparmaq istədiyini anlayacaq.


Müxalifət nümayəndəsi qeyd edib ki, indi nə baş verdiyini hamı başa düşmür.

“Ona görə də müxalifət ardıcıl olaraq hər şeyi danışır. Hamının gözü açılmadı, əks halda Paşinyan artıq hakimiyyətdə olmayacaqdı. Əgər onun dediyi kimi, daxili siyasi böhran aradan qaldırılıbsa, niyə yüzlərlə cangüdən onu qoruyur, yolları bağlayır?”, - deyə Aşotyan əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı