Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü İmanova Gültəkin Məzahir qızı naməlum şəraitdə evdə bıçaqlanıb. Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub.
Cinayətin təfərrüatı məlum deyil. Hazırda faktla əlaqədar araşdırma aparılır.