Bakının Səbail rayonunda yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Sevda Rəşid qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.