İşğaldan azad edilən yerlərdə istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələrimiz var.
Modern.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, hazırda Şuşa şəhərində "Azəristiliktəchizat" ASC-nin yeni qazanxanası tikilir: "Qısa müddət ərzində qazanxananın inşasını başa çatdırmağı düşünürük".