Modern.az

Rusiyanın 10 təyyarəsi SAXLANILDI

Rusiyanın 10 təyyarəsi SAXLANILDI

Aktual

14 Avqust 2022, 12:58

Almaniya aerodromlarında rusiyalı sahibkarlara və Rusiyanın nəzarət etdiyi şirkətlərə məxsus 10 təyyarə saxlanılır.

 

Modern.az  xəbər verir ki, biznes və çarter reyslər üçün istifadə edilmiş təyyarələr arasında Leypsiqdə 3 “An-124”, Kölndə “Bombardier BD-100-1A10 Challenger 300”, “Boeing 737”, Frankfurte-Xanedə “Boeing 747”, Baden-Badendə “Cessna 750 Citation X” və 2 “Embraer ERJ-B3 BD 1A10 Global Express XRS” var.

 

Bu təyyarələr sanksiyalar səbəbindən Almaniyanı tərk edə bilmir. Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra fevralın 27-də Almaniya səmasını Rusiya aviasiyası üçün bağlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı