Modern.az

86 min manat, qızıl üzük  və bahalı telefon oğurlandı

86 min manat, qızıl üzük  və bahalı telefon oğurlandı

Aktual

21 Fevral 2023, 11:14

Bakıda mənzildən 86,5 min manat pul, 1500 manatlıq üzük və 3 min manatlıq telefon oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı