Modern.az

450 minə yaxın insan zəlzələ bölgəsindən təxliyə edilib

450 minə yaxın insan zəlzələ bölgəsindən təxliyə edilib

Aktual

21 Fevral 2023, 23:50

Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilən sakinlərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

 

Bildirilib ki, 448 min 18 nəfər zəlzələ baş verən ərazilərdən digər bölgələrə təxliyə olunub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Təbii fəlakət nəticəsində 42 mindən çox insan dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı