Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Süleyman Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.