Modern.az

BMT-dəm Azərbaycana başsağlığı 

BMT-dəm Azərbaycana başsağlığı 

Aktual

26 Fevral 2023, 12:12

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana Xocalı soyqırımının ildönümü ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter səhifəsində yazıb.

 

"1992-ci ilin fevralında Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, dialoq və barışıq yolu ilə davamlı sülh və firavanlıq qurmaqla belə hadisələrin heç vaxt təkrarlanmamasını təmin etməliyik. Faciə qurbanlarının yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı