Modern.az

Azərbaycanda internetin sürəti 50 faiz artıb

Azərbaycanda internetin sürəti 50 faiz artıb

Aktual

3 Mart 2023, 16:38

Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.

 

Modern.az xəbər verir ki, artım nəticəsində internetin orta sürəti bu ilin yanvar ayında 26.3 Mbps təşkil edib. Belə ki, ötən ilin eyni dövründə sürət 17.5 Mbps olub. Hesablamalar "Ookla" şirkətinin dünyada geniş tanınan "Speedtest Global İndex" metodologiyasına əsasən aparılıb.

 

Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı