Modern.az

Sevinci, kədəri bölüşdüklərimiz...

Sevinci, kədəri bölüşdüklərimiz...

مورد توجه

7 Mart 2023, 15:28

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində polis veteranı Almaz Səttarova ilə görüşmək təşəbbüsünə Xətai Rayon Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti də qoşulub. Beləcə, Mətbuat Xidmətini  rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov və sahə inspektoru, polis mayoru Nuri Rəşadın iştirakı ilə bu görüş gerçəkləşib.   

 

Qeyd edək ki, Şəki şəhərində doğulmuş Almaz xanım 1959-cu ildə Daxili İşlər Nazirliyində xidmətə qəbul olunub. Daha sonra Xətai rayonunda Daxili İşlər Şöbəsində azyaşlılar üzrə müvəkkil vəzifəsinə təyin olunub, 55 yaşında mayor rütbəsində təqaüdə çıxıb. 25 illik xidməti dövründə  hətta bir çox cinayətin açılmasında fərləndiyinə görə medallara layiq görülüb, qüsursuz xidməti ilə rəhbərliyin etimadını doğruldub.

 

Rəis müavini H.Təmirov daxili işlər orqanlarında qüsursuz xidmət ilə seçilən həmkarımızı yad etməyin sevincini və qürurunu yaşamağın gözəl bir hiss olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, DİN rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunan veteranlarımız heç vaxt unudulmurlar. Bu görüş də bunun bariz nümunəsidir.  

 

Sevincini sözlə ifadə etməkdə çətinlik çəkən 85 yaşlı həmkarımız onu yada saldıqlarına görə minnətdarlığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı