Modern.az

Əfvlə bağlı 1150 müraciətə baxılıb - YENİLƏNİB

Əfvlə bağlı 1150 müraciətə baxılıb - YENİLƏNİB

مورد توجه

7 Mart 2023, 17:30

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 150-dən çox əfv müraciətinə baxılıb.

 

Bununla da indiyədək baxılan müraciətlərin sayı 1150-i ötüb.

 

****

16:00

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

 

Modern.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

 

Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 1000-ni ötüb.

 

Xatırladaq ki, Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı