Modern.az

Yoluxanların yeni statistikası - Ölən var

Yoluxanların yeni statistikası - Ölən var

Aktual

12 Mart 2023, 17:23

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

 

Bildirilib ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

 

Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

 

Son sutka ərzində 1 114, hazırkı dövrədək isə 7 541 312 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı