Modern.az

İsraildə səfirlik açmağımız kimləri qıcıqlandırıb? - VİDEO

İsraildə səfirlik açmağımız kimləri qıcıqlandırıb? - VİDEO

Aktual

30 Mart 2023, 12:57

İki gün öncə millət vəkili Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qalıb. Millət vəkilini izləyən silahlı şəxs və yaxud şəxslər ona silahlı hücum ediblər. Hücum nəticəsində o, ayağından və çiynindən güllə yarası alıb.

 

“Ehtimallar çoxdur. Amma biz tarixi xronologiyaya baxsaq, Azərbaycan aydınlarına qarşı tarixin müxtəlif dönəmlərində terror olub. Ziya Bünyadov, Afiyəddin Cəlilov məhz terroru qurbanı olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu cəhdləri edən şəxslər öz layiqli cəzasını alıb. Ancaq son dövrlərdə Azərbaycana qarşı təhdidlər artıb.”

 

Modern.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın efirində millət vəkili Cavanşir Feyziyev bildirib. Millət vəkili əlavə edib ki, bu hücümların məqsədi Azərbaycanda stabilliyi pozmaqdır.

 

“Son zamanlar bu təhdidlərin artması məqsədyönlüdür. Bütün bu cür təhdidlər bizim iradəmizi sındıra bilməz” -deyə Cavanşir Feyziyev əlavə edib.

 

Daha ətraflı videomatrealda:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı